Oğuzda ağır qəza: Sürücü xəsarət aldı

Oğuzda ağır qəza: Sürücü xəsarət aldı

Hazırda oxunan: Oğuzda ağır qəza: Sürücü xəsarət aldı

185072

Gecə saatlarında Oğuz rayonunun ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobili ağaca çırpılıb,

Bizim.Media-nın yerli bürosu xəbər  verir ki, 21 yaşlı Oğuz şəhər sakini Rəvan Camalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadası 21 yaşlı sürücüyə tibbi yardım göstərəndən sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən Rəvan Camalovun bədəninin müxtəlif yerlərində ciddi zədələr olduğundan onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Pasiyentin vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, baş verən qəzanın təfərrüatları Oğuz Rayon polis Şöbəsində araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO