Beyləqanda əməliyyat keçirildi: 2 nəfər həbs edildi - FOTO

Beyləqanda əməliyyat keçirildi: 2 nəfər həbs edildi - FOTO

Hazırda oxunan: Beyləqanda əməliyyat keçirildi: 2 nəfər həbs edildi - FOTO

184973

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət iṣi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd “AK-74” silahını, 2 ədəd “F-12 və 1 ədəd “RQN-D” əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.
Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO