Kəlbəcər və Ağdərədə Ermənistan ordusuna məxsus artilleriya qurğuları aşkarlanıb - FOTO

Kəlbəcər və Ağdərədə Ermənistan ordusuna məxsus artilleriya qurğuları aşkarlanıb - FOTO

Hazırda oxunan: Kəlbəcər və Ağdərədə Ermənistan ordusuna məxsus artilleriya qurğuları aşkarlanıb - FOTO

184890

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

"Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir", - deyə məlumatda qeyd edilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO