Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO  

Hazırda oxunan: Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO  

184713

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, 35 ailə olmaqla, 138 nəfər Füzuli sakini doğma yurduna qovuşub. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha 35 ailə Füzuliyə yola salındı – FOTO  


Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub. 

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər. 

Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

Bununla da Füzuli şəhərində 666 ailə olmaqla, 2517 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO