Cəlilabadda üç övladı ilə birgə itkin düşən qadınla bağlı YENİ DETALLAR - FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda üç övladı ilə birgə itkin düşən qadınla bağlı YENİ DETALLAR - FOTO/VİDEO

184186

İtkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızının yaşadığı ünvandan çıxıb getməsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, Kərimova  mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Onun anasının verdiyi məlumata görə qızı 6-7 il əvvəl Türkiyə vətəndaşı ilə ailə qurub. Müəyyən dövrlərdə onların ailədaxili münaqişələri yaşanıb. 

Kərimova ərini tərk edərək anasının evində yaşamağa başlayıb. Tərəflər arasında münaqişə bununla daha da kəskinləşib.  Sonradan Fərid oğurluq etdiyinə görə həbsə düşüb. Həbsdə olarkən belə Fərid həyat yoldaşına qarşı hansısa yollarla hücum təşkil etdirib. Novruz bayramı qabağı yenicə həbsdən çıxan Fərid yenidən həyat yoldaşına qarşı təziqləri davam etdirib və onu hədələyib. Ananın sözlərinə görə, qızı övladlarının həyat yoldaşı tərəfindən oğurlanacağından ehtiyat edirmiş. 

Martın 23-də Şəfəq Kərimova axşam saatlarında yaşadığı ünvanı həyati təhlükəsi olması səbəbi ilə tərk edib. Anasının dediyinə görə, qızı  hətta bu barədə DİN qaynar xəttinə də müraciət edərək həyati təhlükəsi olduğunu bildirib və bundan sonra onun telefonuna bir daha zəng çatmayıb. 

 



Sabutay Nağıyev, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO