Hərbi qulluqçularımız Pakistanda keçiriləcək paradda iştirak edəcəklər - FOTO/VİDEO

Hərbi qulluqçularımız Pakistanda keçiriləcək paradda iştirak edəcəklər - FOTO/VİDEO

Hazırda oxunan: Hərbi qulluqçularımız Pakistanda keçiriləcək paradda iştirak edəcəklər - FOTO/VİDEO

183477

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistanda keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti paytaxt İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Pakistan Günü münasibətilə keçiriləcək hərbi paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
 



Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO