Siyəzəndəki Novruz şənliyində MARAQLI ANLAR – FOTO 

Siyəzəndəki Novruz şənliyində MARAQLI ANLAR – FOTO 

Hazırda oxunan: Siyəzəndəki Novruz şənliyində MARAQLI ANLAR – FOTO 

183357

Səhər saatlarından yağışla müşayiət olunan hava siyəzənlilərin İlaxır çərşənbəsini keçirməsinə mane olmayıb. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Siyəzən şəhərindəki Bayraq meydanında Çərşənbə tonqalı alovlanıb. 

“Atla meydana gələn Bahar qızı bayram səmənisini təqdim edib. Havanın yağışlı olması Novruzun atributları olan Kosa və Keçəlin şən zarafatlarından qalmayıb. Pəhləvanlar öz qol güclərini göstəriblər.

Lakin yağışın güclənməsi səbəbindən bayram tədbiri rayonun mədəniyyət mərkəzində davam etdirilib.

Tədbirdə çıxış edən Siyəzən rayonu İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq arzulayıb.
Daha sonra tədbirdə sərgilənən Novruz çərəzlərindən hazırlanmış yerli kulinariya məhsullarına, rəssamların əl işlərinə baxış keçirilib. Siyəzənin Novruz şənliyinə yerli musiqiçilərlə yanaşı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi də xoş ovqat qatıb.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO