Böyük Qayıdışla bağlı fləşmob keçirilib - VİDEO

Böyük Qayıdışla bağlı fləşmob keçirilib - VİDEO

Hazırda oxunan: Böyük Qayıdışla bağlı fləşmob keçirilib - VİDEO

183311

Doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirilib.

Bizim.Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb:

"Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1453 ailə, yəni 5719 nəfər doğma yurda köçürülüb. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini təmin edir".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış həmvətənlərimiz haqqında hazırladığı növbəti fləşmobu təqdim edir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO