Məşhur türkiyəli müğənni VƏFAT edib

Məşhur türkiyəli müğənni VƏFAT edib

Hazırda oxunan: Məşhur türkiyəli müğənni VƏFAT edib

182880

Türkiyəli məşhur müğənni Nəsrin Sipahi vəfat edib.

Bizim.Media Türkiyə mediasına istinaədən xəbər verir ki, bu barədə ilk məlumatı onun sənət yoldaşı Onur Akay məlumat verib.

89 yaşlı sənətçi sonuncu dəfə bir ay öncə “Zəfərin rəngi” adlı filmin təqdimat mərasimində iştirak edib.
Əslən Krım türkü olan Nəsrin Sipahi 1934-cü ildə İstanbulda doğulub. Musiqi təhsili aldıqdan sonra uzun müddət İstanbul və Ankara radiolarında çalışıb. Ailə qurduğu Həsən Sipahi ilə ayrıldıqdan sonra da onun soyadını daşıyıb və ictimaiyyətə Nəsrin Sipahi kimi tanınıb. 

Xeyli filmlərdə Türkan Şoray, Hülya Qoçigid, Müjdə Ar kimi aktrisaların canlandırdığı rolların musiqilərini səsləndirib. Məşhur “Arım, balım, pətəyim” filmindəki eyniadlı musiqini də Nəsrin bütün Türkiyəyə sevdirib.



Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO