Biləsuvarda baş verən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – VİDEO 

Biləsuvarda baş verən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – VİDEO 

Hazırda oxunan: Biləsuvarda baş verən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR – VİDEO 

182744

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbə ev 174-də ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib. 

Belə ki, qəsəbə sakinləri Yusif Allahverdiyev və onun həyat yoldaşı Şəbnəm Allahverdiyeva, habelə onların yaxın qohumları Coşqun Ağayev və Zahir Ağazadənin ilkin versiyaya görə dəm qazından zəhərləndikləri bildirilirdi. Zəhərlənmə nəticəsində Şəbnəm Allahverdiyeva dünyasını dəyişib, digər 3 şəxsin həyatı isə xəstəxanaya çatdırıldıqdan sonra xilas edilib. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Coşqun Ağayev və Zahir Ağazadə ev sahibləri Yusif Allahverdiyev və onun həyat yoldaşı Şəbnəm Allahverdiyevanın qohumlarıdırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə – ÖLƏN VAR 


Həmin şəxslər gecə Allahverdiyevlərin evində qonaq qalıblar. Onlar səhəri gün digər qohumlarının hzür məclisində iştirak edəcəklərmiş.

Səhər saatlarında sözügedən dörd şəxslərdən heç biri ilə əlaqə yarada bilməyən qonşu və qohumlar hadisə baş verən ünvana yollandıqda onları huşsuz vəziyyətdə mənzildə aşkar ediblər. Yaxın qonşuların dediyinə görə ailənin mənzilində yenicə təmir işləri aparıldığından içəridən kəskin rəng iyi gəlməklə yanaşı, otaqlarda havasızlıq var imiş. Qonşu və qohumların hadisə yerinə çağırdıqları təcili yardım xidməti vasitəsi ilə huşsuz vəziyyətdə olan şəxslər Cəbrayıl rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxananın baş həkimi Arif Hüseynovun bildirdiyinə görə Şəbnəm Allahverdiyeva təcili tibbi yardım briqadası hadisə yerinə qədər zəhərlənmədən dünyasını dəyişmişdi.

Hadisə ilə bağlı dəqiq detallar isə hüquq-mühafizə orqanlarının müvafiq araşdırmalarından sonra məlum olacaq.


Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO