Neftçalada 54 yaşlı kişi dəm qazından ÖLDÜ – FOTO 

Neftçalada 54 yaşlı kişi dəm qazından ÖLDÜ – FOTO 

Hazırda oxunan: Neftçalada 54 yaşlı kişi dəm qazından ÖLDÜ – FOTO 

182589

Neftçalada dəm qazı  54 yaşlı kişinin həyatına son qoyub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndində baş verib. 

Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Elçin Kərim oğlu ona məxsus fərdi yaşayış evinin hamam otağında huşsuz vəziyyətdə tapılıb. Həyat yoldaşı tərəfindən hamam otağında aşkar edilən şəxs təcili yardım vasitəsi ilə kənd xəstəxanasına dahasonra isə Salyan Mərkəzi Xəstəxanasına çatdırılsada onun ilkin diaqnozla dəm qazından zəhərləndiyi və vəfat etdiyi qeydə alınıb. 

Həyat yoldaşının sözlərinə görə Elçin Məmmədov həkim qəbuluna gedəcəyi üçün səhər saatlarında yuyunmaq üçün hamam otağına keçibmiş. 
Qeyd edək ki, mərhum kənd təsərrüfatı ilə məşğul olurmuş və iki övladı var. Baş verən hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır. 





Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO