Polis əməkdaşları qarlı dağlıq ərazidə qalan əcnəbiyə kömək etdilər – FOTO  

Polis əməkdaşları qarlı dağlıq ərazidə qalan əcnəbiyə kömək etdilər – FOTO  

Hazırda oxunan: Polis əməkdaşları qarlı dağlıq ərazidə qalan əcnəbiyə kömək etdilər – FOTO  

182388

Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək edib. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Quba regional qrupundan bildirilib. 

Məlumata görə, DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Sahoo Ramakantın əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda ucqar dağlıq ərazidə avtomobilinin qara batması və hərəkətsiz qalmasını bildirib. 

Məlumat daxil olan kimi Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər. 

S.Ramakant polis əməkdaşlarına minnətdarlıq edib. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO