Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər həbs edildi

Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər həbs edildi

Hazırda oxunan: Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər həbs edildi

182245

Sabirabad rayonunda ictimai yerdə qadına qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş 2 gənc həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə martın 9-na keçən gecə Sabirabad şəhərində, Heydər Əliyev prospektində baş verib.

Polisə 1992-ci il təvəllüdlü E.S. və tanışı, Quba sakini 1998-ci il təvəllüdlü T.M.-in küçədə süpürgəçi qadına əxlaqsız təkliflər etməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları həmin şəxsləri saxlayaraq şöbəyə aparıblar. Məlum olub ki, gənclər gecə saatlarında sərxoş halda küçəni süpürən qadına nalayiq təkliflər ediblər və onun özləri ilə birgə getməsini istəyiblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Hər iki şəxs sərxoş halda olmalarını bildiriblər və törətdikləri əmələ görə üzrxahlıq ediblər.

Saxlanılan şəxslər Sabirabad Rayon Məhkəməsinə göndərilib və onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO