Ordubadda ağır QƏZA: Xəsarət alanlar var - FOTO 

Ordubadda ağır QƏZA: Xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Ordubadda ağır QƏZA: Xəsarət alanlar var - FOTO 

182051

Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, 1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb.

Hadisə nəticəsində, avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıblar. Yaralıların 4-ü də Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO