Kürdə batan 67 yaşlı kişi 4 gündür axtarılır

Kürdə batan 67 yaşlı kişi 4 gündür axtarılır

Hazırda oxunan: Kürdə batan 67 yaşlı kişi 4 gündür axtarılır

181718

Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.

Belə ki, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Əlavə məlumat veriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO