İrandan Azərbaycana 11 kiloqram narkotik keçirmək istədilər - FOTO 

Hazırda oxunan: İrandan Azərbaycana 11 kiloqram narkotik keçirmək istədilər - FOTO 

181547

Mart ayının 6-da saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO