Qadınların ölkənin siyasi həyatında iştirakına əhalinin münasibəti necədir? – SORĞU 

Qadınların ölkənin siyasi həyatında iştirakına əhalinin münasibəti necədir? – SORĞU 

Hazırda oxunan: Qadınların ölkənin siyasi həyatında iştirakına əhalinin münasibəti necədir? – SORĞU 

181539

Əhalinin 89 faizi qadınlarının ölkənin ictimai-siyasi həyatında iştirakına müsbət yanaşır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, bütün tarixi dövrlərdə milli-mənəvi ideallara bağlılığı ilə fərqlənən Azərbaycan qadınlarının ictimai-siyasi, işgüzar həyatda iştirakına, dövlət idarəçiliyində təmsil olunmalarına münasibəti öyrənmək məqsədilə sorğular keçirib. Bu xüsusda sorğuda iştirak edənlərə “Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında iştirakına münasibətiniz necədir?” sualı ünvanlanıb.

Azərbaycan qadınlarının cəmiyyətdə ictimai-siyasi, işgüzar həyatda iştirakçılığı ilə bağlı sorğu nəticələrinə əsasən, respondentlərin əksəriyyətinin və ya 89.3%-nin bu məsələyə münasibəti müsbət olub. Respondentlərin 10,2%-i qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına mənfi baxdığını bildirib. 0,5%-i bu barədə mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Nəticələrin respondentlərin sosial-demoqrafik göstəricilərə nəzərən təhlili müxtəlif qruplar üzrə qadınların ictimai-siyasi həyatda iştirakına müsbət mövqeləri müəyyən etməyə imkan verib. Kişilərin 86.0%-i əks cinsin nümayəndələrinin ictimai-siyasi həyatda iştirakı ilə bağlı müsbət mövqedə olarkən, qadınların 93.0%-i analoji mövqedən çıxış edib.

Dövlət həyatının ictimai və siyasi sahəsində qadınların fəal roluna münasibətdə ali təhsilli respondentlərin 90.7%-i, dövlət sektorunda işləyənlərin 91.8%-i və evdar xanımların 92.4%-i müsbət yanaşma göstəriblər.

Sorğuda Azərbaycan qadınlarının dövlət idarəçiliyində təmsilçiliyi ilə bağlı rəylərdə maraqlı nəticələr əldə edilib. İştirakçılara təqdim edilən “Sizcə, Azərbaycanda qadınların yüksək vəzifələrə təyinatı yetərli səviyyədədir, yoxsa yetərli səviyyədə deyil?” sualına onların 52.0%-i “yetərli səviyyədədir”, 40,9%-i “yetərli səviyyədə deyil” cavabını verib. 7,1%-i bu istiqamətdə fikirlərini bildirməkdə çətinlk çəkib.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO