İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

180667
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Moderator.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi.

Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”x9d

Qeyd edək ki, bu gün İran parlamentinə və Xomeyninin türbəsinə silahlı hücum nəticəsində 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO