Salyanda oğul anasına işgəncələr verdi — TƏFƏRRÜAT 

Salyanda oğul anasına işgəncələr verdi — TƏFƏRRÜAT 

Hazırda oxunan: Salyanda oğul anasına işgəncələr verdi — TƏFƏRRÜAT 

180653

Salyan rayonunda 1994-cü il təvəllüdlü Xəyal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Zərifəyə xəsarət yetirib.  

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, hadisə 19 dekabr 2023-cü ildə Salyan rayonu Çadırlı kəndində baş verib.

Xəyal həmin gün saat 20 radələrində yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı anası Zərifəni yumruq-təpiklə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.  

Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, anası Zərifə ilə birgə yaşayır, əvvəllər anası ilə arasında bir neçə dəfə ailə daxili münaqişə olub:

“Dekabrın 19-da, saat 19 radələrində işdən evə gəldim. Anam Zərifə evdə olan qaz sobasını odun sobası ilə əvəz etməyimi məndən tələb etdi. Anama qaz sobasının yerində qalmasını dedim. Lakin anam bir neçə dəfə odun sobasını quraşdırmasını tələb etdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbimdən anamı ı söyərək əvvəl bir dəfə qaz sobasına və bir dəfə də anamın əlində yemək hazırladığı qazana təpiklə vurdum. Anam sözlə acıqlandığından bir-iki dəfə də onun bel nahiyyəsindən təpiklə vurdum”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra anası acıq edərək həyətə düşüb və qohum evinə getmək istədikdə arxadan ona çataraq əli ilə onun başında olan papağından saçı qarışıq yapışıb və evə tərəf çəkib. “Anamın sol qolundan yapışaraq yarı ayaq üstə evə dartdım. Anamı otağa salandan sonra əlim ilə onun sifətindən zərbə ilə bir şillə vurdum.

Sonra da sol qolumun dirsəyi ilə onun sifətinə vuraraq döydüm. Bundan sonra onu buraxaraq evdə odun sobasını quraşdırdım. Başım odun sobasına qarışdığından anam gözündən yayınaraq kənddə qohum evinə getdi, baş vermiş hadisə barəsində polisə şikayət etdi. Hadisəni törədən zaman içkinin təsiri altında olmuşam. Əməliçdən peşmanam, anam ilə barışmışam. Mənim rəsmi nikahım yoxdur, qeyri-rəsmi kəbindən bir azyaşlı uşağım var. Uşaq arvadımın himayəsində olmaqla məndən ayrı Bakı şəhərində yaşayırlar. Əvvəllər cinayət törətmişəm. Bir dəfə arvadımı döydüyümə görə barəmdə cinayət təqibinə xitam verilib.

Sonuncu dəfə Salyan Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm. Hazırda cəzamı çəkirəm. Şirvan şəhərində oğurluq cinayəti törətdiyimə görə 8 yanvar 2024-cü ildə məhkəmənin qərarı ilə barəmdə həbs qətimkan tədbiri seçilib. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəm, anam ilə barışmışam, ona qayğı göstərmək istəyirəm. Odur ki, mənə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişəm”. 
İş üzrə zərərçəkmiş Zərifənin sözlərinə görə, onunla bir evdə yaşayan oğlu Xəyal tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat və rayon polis şöbəsinə şikayət ərizəsi verib:

“Həyat yoldaşım Telman təxminən 12 ildir ki, vəfat edib, ona görə evdə oğlum Xəyal ilə qalıram. Xəyal ailəli olsa da, xoşagəlməz hərəkətlərinə görə ailəsi ayrılaraq birdəfəlik gedib. Xəyal ilə ikimiz, ana və övlad kimi bir evdə yaşamağımıza baxmayaraq Xəyal məni ana kimi nə saymır, nə də eşidir. Xəyal mənə qarşı kobudluqlar etsə də, ana olaraq məcbur olub dözmüşəm. Beç bir yerə şikayət etməmişəm. Artıq onun etdiyi kobudluqlardan və nalayiq ifadələr işlətməsindən bezmişəm. Xəyalın anası olsam da, ona söz deməyə qorxuram. Buna görə çox vaxt məcbur qalıb yaxınlarımın evinə gedərək qalıram. Xəyal övladım kimi mənə arxa dayaq olmayıb”.

Zərərçəkmiş qeyd edib ki, dekabrın 19-da, saat 19 radələrində işdən evə gələndən sonra evdə şam yeməyi hazırlayarkən Xəyal evə gəlib:

“Ev soyuq olduğundan Xəyaldan evdə odun sobası quraşdırmasını bir ana olaraq xahiş və tələb etdim. Xəyal heç nədən mənə qarşı əsəbləşməklə odun sobasına təpiklə vuraraq quraşdırmayacağını dedi. Məni söyüb təhqir etməklə, təpiklə bir neçə dəfə bel nahiyyəmdən vuraraq məni döydü. Buna görə evdə qalmayacağımı dedim və evdən çıxaraq həyətə düşərək getmək istədim. Həyətdə olarkən şəxsiyyət vəsiqəsini götürmək üçün evə qayıtdım və yenidən həyətə düşərək gedən zaman Xəyal evdən çıxdı. Xəyal həyətə düşərək arxamca gəlib ünvanıma nalayiq ifadələr işlədərək saçımdan yapışdı.

Məni yerlə sürüyüb evə salandan sonra sifətimdən bir neçə dəfə yumruqla vuraraq evdə məni yenidən döydü. Xəyalı yayındırmaqla evdən qaçaraq gecə kənddə yaşayan qohum evinə getdim. Xəyal məni döyəndə evdə heç kim olmayıb. Xəyal məni döydüyünə görə sifət və bədəmin müxtəlif nahiyyələrindən xəsarətlər almışam”. 
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.  

Bundan əlavə hökmdə qeyd olunub ki, Xəyalın barəsində Şirvan Şəhər Məhkəməsinin 8 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. 

Qeyd edək ki, Xəyalın barəsində hazırkı cinayət işi üzrə aparılan zaman Şirvan şəhərində oğruluq cinayəti törətdiyi üçün həbs edilib.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO