Daha 139 ailə Füzuli şəhərinə KÖÇÜRÜLƏCƏK - FOTO  

Daha 139 ailə Füzuli şəhərinə KÖÇÜRÜLƏCƏK - FOTO  

Hazırda oxunan: Daha 139 ailə Füzuli şəhərinə KÖÇÜRÜLƏCƏK - FOTO  

180641

Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirilib. 

Komitədən Bizim.Media-ya verilən xəbərə görə, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər. 

Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Bugünkü püşkatmada 139 ailə iştirak edib.
Ailə tərkibinə uyğun olaraq, onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənzil təqdim olunub. 

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO