
- A-
- A
- A+
Salyanda DƏHŞƏT: Keçmiş baş həkim və arvadı qətlə yetirildi - YENİLƏNİB
Salyan rayonunda ər-arvad qətlə yetirilib.
Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcək.
*** 10:51
Salyanda ər və arvad qətlə yetirilib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.
Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































