Zaqatalada dördotaqlı ev yandı

Zaqatalada dördotaqlı ev yandı

Hazırda oxunan: Zaqatalada dördotaqlı ev yandı

179854

Zaqatalada dördotaqlı fərdi yaşayış evində yanğın olub.

Bizim.Media xəbər verir ki, yanğın rayonun Aşağı Tala kəndində, kənd sakini Kənan Hacıməhəmməd oğlu Rəcəbova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində 40 kvadratmetr olan bir otağın yanar konstruksiyası əşyaları ilə birlikdə və daş örtüyünün 10 kvadratmetrlik sahəsi yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO