Baş direktor əmri verildiyi gün işdən ÇIXARILDI - ÖZƏL

Baş direktor əmri verildiyi gün işdən ÇIXARILDI - ÖZƏL

Hazırda oxunan: Baş direktor əmri verildiyi gün işdən ÇIXARILDI - ÖZƏL

179624

TƏBİB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında-fevralın 23-də xitam verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib. 

Qusar rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO