İxtisas seçən abituriyentlərin NƏZƏRİNƏ – “Gələcəkdə bu sahələrə ehtiyac qalmayacaq”

İxtisas seçən abituriyentlərin NƏZƏRİNƏ – “Gələcəkdə bu sahələrə ehtiyac qalmayacaq”

Hazırda oxunan: İxtisas seçən abituriyentlərin NƏZƏRİNƏ – “Gələcəkdə bu sahələrə ehtiyac qalmayacaq”

179545

Artıq 2022-2023-cü tədris illi üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları açıqlanıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplanna imtahan nəticələri elan olunduqdan sonra apanlır.

Düzgün ixtisas seçimi etmək hər bir abituriyetin həyatında vacib rol oynamaqla, gələcək karyerasının formalaşmasında da ən zəruri amillərdən hesab olunur. Yaxşı maaş, nüfuzlu iş yeri və ya sürətli karyera inkişafına nail olmaq üçün əlverişli peşələri seçmək asan deyil. 

Hər kəsi bir sual düşündürür, bu gün Azərbaycan üçün ən qazanclı və tələb olunan ixtisaslar hansılardır? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Vüsal Kərimovun fikrincə, nəinki Azərbaycanda, bütün dünyada spesifik ixtisaslar var ki, tələb ən çox onlaradır:

“Bunlar biznes, iqtisadiyyat, mühəndislik, menecement, informasiya texnologiyaları elmləridir. Hazırda bu ixtisaslara daha çox maraq var. Düşünürəm ki, hazırda abituriyentlər üçün bir sıra ixtisaslar var ki, onlar gələcəkdə lazımsız hesab olunacaq. 

Bunlar kitabxanaçılıq, tərcümə, dilçilik, maşınqayırma kimi sahələrdir ki, onlara o qədər də tələb olmayacaq. 

Çünki süni intellektin inkişafı gələcəkdə bir sıra ixtisasların ləğv olunacağı barədə bizə proqnozlar verir. Hesab edirəm ki, abituriyentlər ixtisas seçərkən ciddi mütəxəssislərdən yardım almalıdırlar. 
Gələcəkdə tələbat ən çox mühəndislik sahəsinə olacaq. Belə olan halda, universitetlərin hansısa ixtisasları ləğv etməsinə ehtiyac qalmadan, cəmiyyət özü maariflənəcək və tələbələr lazımsız ixtisas seçimi etməyəcəklər”, - deyə ekspert vurğulayıb.

Nuranə Daxilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO