
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 15.02.2024
Biləsuvarda məktəbdə yanğın: Şagird və işçilər təxliyə edildi
Hazırda oxunan: Biləsuvarda məktəbdə yanğın: Şagird və işçilər təxliyə edildi
178279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a məktəbdən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyə manqası tərəfindən təxliyə edilib.
Yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.
Qeyd olunub ki, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































