Azərbaycanda işçilər ayda neçə saat çalışırlar? – RƏSMİ STATİSTİKA 

Azərbaycanda işçilər ayda neçə saat çalışırlar? – RƏSMİ STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda işçilər ayda neçə saat çalışırlar? – RƏSMİ STATİSTİKA 

178250

2023-cü ildə Azərbaycanda bir işçiyə düşən aylıq işlənmiş iş saatlarının yüksək həddi 154.7 saat, orta 149,2 saat, ən aşağı isə 141.1 saat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rüblük hesabatda əks olunub. 

Qeyd edək ki, ən çox iş saatı su təchizatı, tullantıların təmizlənməsi və emalı, həmçinin ticarət, eləcə də nəqliyyat vasitələrinin təmiri sahələrində olub ki, burada işçilər orta hesabla ayda 154.7 saat işləyiblər. 
Ən az iş vaxtları isə təhsil və digər sahələrdə xidmətlərin göstərilməsi ilə bağlı olub. Belə ki, təhsil sektorunda işçilər ayda 141.8 saat işləyiblər. Digər sahələrdə isə bu müddət orta hesabla 141.1 saatdır. 

Həmçinin, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində iş müddəti 154.2 saat, tikinti sahəsində isə 152.6 saat təşkil edib. 

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində işçilər ayda 151.4 saat işləyiblər.

İnformasiya və rabitə sahələrində çalışanlar üçün aylıq ortalama iş müddəti 149.1 saat, mədənçıxarma sahəsində 148.5 saat, emal sənayesində 148.4 saat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 145.6 saat, peşə, elmi və texniki fəaliyyətlə bağlı isə 144.4 saat olub. 



Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO