Ailəsini qətlə yetirən şəxsin taksi kimi sürdüyü maşının görüntüləri - VİDEO

Ailəsini qətlə yetirən şəxsin taksi kimi sürdüyü maşının görüntüləri - VİDEO

Hazırda oxunan: Ailəsini qətlə yetirən şəxsin taksi kimi sürdüyü maşının görüntüləri - VİDEO

178086

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun avtomobilinin görüntüləri yayılıb. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, avtomobil onun atasına məxsus olub. Lakin o, həmin maşınla taksi fəaliyyəti ilə məşğul olub. 

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ətraflı videonu təqdim edirik: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO