Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu – FOTO/VİDEO 

Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu – FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu – FOTO/VİDEO 
178076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib. 

DSX-nın keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. 

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var. 

Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb. 

Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nın əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir. 

Bizim.Media “apa.az”a istinadən Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir. 
 










Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO