Yanğında 6 uşağın öldüyü Respublika Perinatal Mərkəzində TƏMİR nə vaxt BİTİR? – ÖZƏL/VİDEO  

Yanğında 6 uşağın öldüyü Respublika Perinatal Mərkəzində TƏMİR nə vaxt BİTİR? – ÖZƏL/VİDEO  

Hazırda oxunan: Yanğında 6 uşağın öldüyü Respublika Perinatal Mərkəzində TƏMİR nə vaxt BİTİR? – ÖZƏL/VİDEO  

177790

Bir ay əvvəl yanğın baş verən Respublika Perinatal Mərkəzi təmirə bağlanıb. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənib. 

Bizim.Media əməkdaşı hadisə yerində olub və binanın fotolarını çəkib. Öyrəndik ki, binada təmir işlərinə təxminən 10 gündən artıq ki, başlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Perinatal Mərkəzinin 3 rəhbər şəxsinə cinayət işi AÇILDI


Ayrıca yanğının baş verdiyi yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatada da təmir işləri davam edir. Təmirin nə vaxt yekunlaşacağı və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər. 

Qeyd edək ki, Respublika Perinatal Mərkəzinin tibb personalı paytaxtda fəaliyyət göstərən bir neçə ginekoloji mərkəz və ya klinikalara köçürülüb. 

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində 6 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kv.metr sahəni əhatə edib. 

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş Prokurorluqdan saytımızın sorğusuna cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib. 











Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO