Polis Qusarda əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

Polis Qusarda əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Qusarda əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

177159

Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 “Kalaşnikov” markalı avtomat, 1 həmin silaha məxsus patron darağı və 30 güllə aşkar edilərək götürülüb.

Xaçmaz rayon sakini Ramazan Əliyev şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1512 (min beş yüz on iki) manat ziyan vurub.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO