2 manata görə düşən dava, 17 il həbs...

2 manata görə düşən dava, 17 il həbs...

Hazırda oxunan: 2 manata görə düşən dava, 17 il həbs...

176888

Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə metronun “Ulduz” stansiyasının yaxınlığındakı “Əfətli” adlı mağazaya gedib və spirtli içki alıb.

O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib. Nəticədə Farizin Samirə 2 manat borcu yaranıb. Satıcı pulu tələb etdikdə isə tərəflər arasında mübahisə düşüb.

Gecə saat 05 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu bıçaqlayıb. Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.
Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya 5 ay imiş ki, işləmək məqsədilə gəlibmiş. Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO