Hövsanda çürümüş ağac avtomobilin üstünə AŞDI – VİDEO 

Hövsanda çürümüş ağac avtomobilin üstünə AŞDI – VİDEO 

Hazırda oxunan: Hövsanda çürümüş ağac avtomobilin üstünə AŞDI – VİDEO 

176801

Suraxanı rayonu Hövsan qəsəbəsində sakinləri qorxudan olay baş verib. Güclü külək nəticəsində İlqar Əhlimanov küçəsində çürümüş ağac avtomobilin üstünə aşıb. 

Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri məlumat verib. Dediklərinə görə aşan ağac uzun müddətdir ki, çürümüş halda olub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Halbuki həmin əraziyə yaxın iki məktəb yerləşir və hadisə baş verən küçə məktəblilərin istifadə etdiyi yoldur.  

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib. 
 

Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO