TƏBİB: Qızılcadan ölən uşaq serebral iflic xəstəsi olub

TƏBİB: Qızılcadan ölən uşaq serebral iflic xəstəsi olub

Hazırda oxunan: TƏBİB: Qızılcadan ölən uşaq serebral iflic xəstəsi olub

176716

Ötən gün saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif Raul oğlu İsmayılov Tovuz Rayon Mərkəzi Xəstəxanasının (MRX) Təcili yardım şöbəsinə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəstə daxil olarkən vəziyyəti ağır olub.

“Uşaq, həmçinin serebral iflic olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib”, - deyə TƏBİB-dən bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO