Balakəndə yaşayış evi yanıb.
Bizim.Media xəbər verir ki, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Yüzbaşiyeva Səlihət İbey qızına məxsus evdə baş verib.
Hadisə yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli, 4 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Bizim.Media