Liftdə köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

Liftdə köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

Hazırda oxunan: Liftdə köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

176515

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO