“Səsvermə hüququmun yaranacağı günü səbirsizliklə gözləyirdim”- 18 yaşlı seçici

“Səsvermə hüququmun yaranacağı günü səbirsizliklə gözləyirdim”- 18 yaşlı seçici

Hazırda oxunan: “Səsvermə hüququmun yaranacağı günü səbirsizliklə gözləyirdim”- 18 yaşlı seçici

176382

“İlk dəfə olaraq prezident seçkiləri ölkəmizin bütün ərazisində keçiriləcək. Mənim üçün başqa bir ilk də ondan ibarətdir ki, fevralın 7-də birinci dəfə səsvermə hüququmdan istifadə edəcəyəm”. 

Bizim.Media xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Milli Aviasiya Akademiyasının 3-cü kurs tələbəsi, 18 yaşlı Gülsüm Çələbi deyib.

O söyləyib ki, ölkədə seçkiləri maraqla izləyib və səsvermə hüququnun yaranacağı günü səbirsizliklə gözləyib.
“Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Elə məhz bu yöndən düşünürəm ki, biz gənclər eyni zamanda prezident seçkilərinə də biganə qalmamalı, bu prosesin aktiv bir üzvünə çevrilməliyik. Çünki xalq məhz bu seçkilərdə özünün liderini, dövlət başçısını seçməklə gələcək həyatını müəyyənləşdirir, Azərbaycanın sabahını kimlərə etibar edəcəyinə səs verir”, - G.Çələbi bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO