Zaqataladakı yanğının səbəbi BİLİNDİ 

Zaqataladakı yanğının səbəbi BİLİNDİ 

Hazırda oxunan: Zaqataladakı yanğının səbəbi BİLİNDİ 

176359

Ötən gün Zaqatala rayonunun ucqar Cimcimax kəndində birmərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin yanmasının bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən bildirir ki, Cimcimax kəndində fərdi yaşayış evində başlayan güclü yanğını heç cür söndürmək mümkün olmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada ev yanaraq kül oldu


İlkin ehtimallara görə, yanğın mənzilin dam hissəsində qısaqapanmadan başlayıb. Daha sonra mənzildə olan odun peçi də yanğının alovlanması ilə nəticələnib. 

Sakinlər onu da bildirib ki, yanğın baş verən zaman ailə üzvləri evdə olmayıb. Hadisədən qonşular xəbər tutanda isə hər şey gec idi. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Lakin kəndin ucqarda olması və gediş-gəlişin problemli olması yanğın sündürənlərin də işini çətinləşdirib. Nəticədə ev əşyaları ilə birgə yanıb. 

Qeyd edək ki, Cimcimax kəndi Zaqatalanın ən ucqar dağ kəndi sayılır. Bu yaşayış məntəqəsinə getmək üçün ancaq iri tonnajlı avtomobillərdən istifadə olunur. Kəndə ancaq Muxax çayı vadisi boyu hərəkət etmək mümkündür. Bu kənd sakinləri sərnişin daşınması üçün ayrılmış “URAL” markalı xüsusi avtomobildən istifadə edirlər. Bu “URAL” avtobus isə gündə bir dəfə səhər kənddən çıxır və günortadan sonra şəhərdən geri dönür. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO