Kişiyə keçmiş arvadına zəng etməsi qadağan olundu

Kişiyə keçmiş arvadına zəng etməsi qadağan olundu

Hazırda oxunan: Kişiyə keçmiş arvadına zəng etməsi qadağan olundu

176187

Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir) döyən Ənvər Mehdiyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən, Ə.Mehdiyevin azadlığı 5 ay 26 gün müddətinə məhdudlaşdırılıb.

Məsələ burasındadır ki, cütlüyün nikahı pozulsa da, Günel bir müddət keçmiş ərinə məxsus evdə qalıb, daha sonra bacısıgilə köçüb. Bu müddətdə Ənvər hər axşam Güneli işdən götürüb evə aparıb. Ötən il hadisə baş verəndə isə, Günel evə avtobusla gedib və Ənvər bundan əsəbiləşib, bundan başqa, boşanmalarına baxmayaraq, qadının şəxsi həyatına müdaxilə edilib. Nəticədə yaranan mübahisə zamanı kişi qadını küçədə döyüb.

Qadın məhkəmədən keçmiş ərinin bu davranışlarına qadağa qoyulmasını xahiş edib.

Nəticədə Ənvərin Günelə, həmçinin yaşadığı evə 50 metr məsafədə yaxınlaşması, onunla hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlaması və ünsiyyətə girməsi qadağan edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO