"Putin heç zaman Azərbaycanı qoyub, Ermənistanla iş qurmaz" -Ayaz Mütəllibov

Hazırda oxunan: "Putin heç zaman Azərbaycanı qoyub, Ermənistanla iş qurmaz" -Ayaz Mütəllibov

176023
Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi seçilməsinin Qarabağ münaqişəsinə həllinə necə təsir edəcəyini şərh edib.

A.Mütəllibov deyib ki, bununla Ermənistan Azərbaycana heçnə edə bilməz:

“Çünki Yuri Xaçaturovun özündən heç bir şey asılı deyil. KTMT kollektiv qurumdur və qərarları da birgə qəbul edir. Hazırda bu təşkilatın üzvü olan bir neçə dövlət Azərbaycan əleyhinə qəbul edilə bilən qərarlara dəstək verməyəcək. Bunu aprel döyüşləri zamanı da müşahidə etmişik.xa0

Digər tərəfdən isə Azərbaycan 20-25 il əvvəlki ölkə deyil ki, belə məsələlər bizi qorxutsun. Bu gün Azərbaycanın tutduğu mövqe dünyaya məlumdur və beynəlxalq aləmdə öz yerini tutub. Ölkəmizin dünyada nüfuzu da gündən-günə daha da artır”x9d.xa0

Eks-prezident bildirib ki, bu mövqe Azərbaycan xalqının milli maraqlarına tam uyğundur:xa0

“Ona görə də Ermənistanın baş qərargah rəisinin KTMT-yə baş katib seçilməsi heç nəyi dəyişməyəcək. Bununla Ermənistan həmin təşkilatın gücündən və imkanlarından Azərbaycana qarşı istifadə edə bilməyəcək. İndi Ermənistan rəhbərliyi çalışır ki, bundan Azərbaycana qarşı təzyiq kimi sui-istifadə etsin. Amma bu təşkilatı ermənilər deyil, Rusiya prezidenti Vladimir Putin idarə edir. Putin heç zaman Azərbaycanı qoyub, Ermənistanla iş qurmaz. Buna hər kəs əmin olmalıdır. Əksinə, Azərbaycan Prezidenti ilə Putin arasında yaxşı əlaqələr mövcuddur. Bütün bunlar isə yüksək qiymətləndirilməlidir”x9d. xa0
Xatırladaq ki, Yuri Xaçaturov mayın 2-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayacaq.(Ölkə.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO