Yasamalda qazın verilişi təmin olunub - FOTO

Yasamalda qazın verilişi təmin olunub - FOTO

Hazırda oxunan: Yasamalda qazın verilişi təmin olunub - FOTO

175421

Yasamal rayonu ərazisinə qazın verilişi təmin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

“Yanvarın 26-da paytaxtın Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olundu və dərhal əməkdaşlarımız həmin əraziyə ezam edildilər.

Mütəşəkkil qaydada problemin aradan qaldırılması istiqamətində işə başlanıldı. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları gecə saatlarında da bu istiqamətlərdə işləri intensiv olaraq davam etdirdi. Nəhayət artıq bu saata konkret deyə bilərik ki, problem aradan qaldırıldı.
Yasamal rayonu ərazisinə qazın verilişi təmin olundu. Ola bilsin ki, təzyiqlə bağlı lokal problemlər yaşansın. Təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə yüksək təzyiqli mavi yanacağı boru xətlərinə vermək doğru deyil. Əməkdaşlarımız təzyiq məsələsini də mütəmadi olaraq diqqətdə saxlayacaqlar”, - deyə məlumatda qeyd edilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO