Gəncə şəhərində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakininə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Elman Ələsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Ələsgərov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:52 / 10.04.2021
Evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
Hazırda oxunan: Evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
Hazırda oxunan: Evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
17468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.