Ağdaşda ağır qəza: Ölən və xəsarət alanlar var

Ağdaşda ağır qəza: Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Ağdaşda ağır qəza: Ölən və xəsarət alanlar var

174667

Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. 

Bu barədə Bizim.Media-nın Aran bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Hadisə nəticəsində “VAZ-21011”in sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu, onun 3 sərnişini, habelə digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. İlham Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO