Xaçmazda 33 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Xaçmazda 33 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

Hazırda oxunan: Xaçmazda 33 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB

174257

Ötən gün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında 33 yaşlı rayon sakini Qərib Vahid oğlu Cəbrayılovun bıçaq zərbələrindən ölməsi barədə məlumat vermişdik. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qərib Cəbrayılov naməlum şəxs və ya şəxslər tərəfindən ötən gün yox, yanvarın 6-da bıçaqlanıb. 

O, həmin gündən xəstəxanada müalicə olunurdu və müalicə tədbirlərinə baxmayaraq orada ölüb. Faktla bağlı araşdırmalar davam edir. 

00:19

Xaçmazda  33 yaşlı kişi qətlə yetirildi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini Qərib Vahid oğlu Cəbrayılov bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin ciddi cəhdləri nəticəsiz qalıb və o, burada keçinib. 

Çoxsaylı bıçaq zərbələri alan Qərib Cəbrayılovun kim tərəfindən bıçaqlandığı məlum deyil.
Polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırmalara başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO