Xaçmazda inzibati binada YANĞIN - YENİLƏNİB

Xaçmazda inzibati binada YANĞIN - YENİLƏNİB

Hazırda oxunan: Xaçmazda inzibati binada YANĞIN - YENİLƏNİB

172946

Xaçmazın Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin balansında olan Ağaverdiobakənd klubunda yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, binanın ümuni sahəsi 150 kvadratmetr olan sahəsindən 30 kvadratmetr sahəsi yanıb. 

Yanğınsöndürənlərin səyi nəricəsində alovun genişlənməsinin qarşısı alınıb. Yanğının istilik sobasından çıxan qığılcımdan baş verdiyi deyilir. 

***14:54

Xaçmazda inzibati binada yanğın olub. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, rayonun Ağaverdioba kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO