Kolbasadan zəhərlənən ailədən özəl AÇIQLAMA – TƏFƏRRÜAT 

Kolbasadan zəhərlənən ailədən özəl AÇIQLAMA – TƏFƏRRÜAT 

Hazırda oxunan: Kolbasadan zəhərlənən ailədən özəl AÇIQLAMA – TƏFƏRRÜAT 

172941

Xəbər verdiyimiz kimi Binə qəsəbəsində bir ailə bütün üzvləri kolbasadan zəhərlənib.

Zəhərlənənlər - 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Vəziyyətləri stabildir. Zəhərlənmənin hansı şəraitdə baş verdiyini öyrənmək üçün ailə üzvləri ilə əlaqə saxladıq.

Ailənin zəhərlənən üzvlərindən biri Ruhi Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, kolbasanı Binə qəsəbəsindəki “Ocaq” marketdən alıblar:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bir ailənin 6 üzvü kolbasadan zəhərləndi


“Bütöv rulon almışdıq. Evə gətirib hazırladıq. Yeməkdən bir müddət sonra sonra vəziyyətimiz pisləşdi və həkim çağırdıq. Açığı kolbasanın köhnə olması ağlımıza gəlmədi. Çünki, market təzə açılıb. İndi şükür ki, yaxşıyıq”.

Ruhi Əliyev kolbasanın hansı müəssisənin məhsulu olduğunu xatırlamır:

“Düzü fikir vermədim. Amma kolbasa rulonunun üzlüyü evdə var. Gərək evə gedib baxaq”. Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO