
- A-
- A
- A+
Qəbələdə yağışlı hava qəzaya SƏBƏB OLDU
Qəbələdə şəhər ətrafı yolda sürət həddini aşan minik avtomobili yağışlı hava şəraitində qəza törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ” markalı minik avtomobili hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb.
Hadisə yerinin ilkin təhqiqatı və şahidlərin sözlərinə görə, qəzaya səbəb nəqliyyat vasitəsinin sürət həddini aşması, eləcə də yolların sürüşkən olması səbəb olub.
Nəticədə sürücü maşında sıxılı vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































