Zaqatala və Göyçay sakinləri odlu silahları polisə könüllü təhvil veriblər - FOTO

Zaqatala və Göyçay sakinləri odlu silahları polisə könüllü təhvil veriblər - FOTO

Hazırda oxunan: Zaqatala və Göyçay sakinləri odlu silahları polisə könüllü təhvil veriblər - FOTO

172675

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində Aşağı Tala kənd sakini atasından qalan “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı isə rayon sakinindən qanunsuz saxladığı 1 odlu silah götürülüb, daha bir nəfər isə müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təqdim edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO