Biləsuvarda 2 qəza baş verib - Yaralılar var

Biləsuvarda 2 qəza baş verib - Yaralılar var

Hazırda oxunan: Biləsuvarda 2 qəza baş verib - Yaralılar var
171330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

Bizim.Media-nın Cənub  bürosunun məlumatına görə, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb. 

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Bu qəza zamanı motosiklet "Niva" markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb. 
Hər iki yaralı rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO