Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı məsələyə münasibət bildirib. Partiya rəsmiləri son vaxtlar Azərbaycanda müxtəlif adlar altında jurnalistlərin, gənc siyasi aktivlərin, bloqqerlərin siyasi motivli həbslərinin, müvəqqəti saxlanma məntəqələrində, istintaq altında olan şəxslərə qarşı zorakılıqlar edilməsi, işgəncələr verilməsi, vətəndaşların hüquqlarınnn effektli müdafiə olunma imkanlarının getdikcə məhdudlaşdırılması faktlarının durmadan artdığından narahatlığını ifadə edib və Azərbaycana aid bu faktların Avropa Məhkəmələri tərəfindən fiksə edildiyini diqqətə çatdırıb. İdarə Heyəti hakimiyyəti Azərbaycanın beynəlxalq imicinə zətbə vuran bu neqativ hallara son qoymağa, gənc bloqqer M.Hüseynovun dərhal azadlığa buraxılması üçün addımlar atmağa cağırıb.
İdarə Heyəti “Əmək pensiyaları haqqında”x9d qanuna təklif edilən dəyişikliklər məsələsini də müzakirə edib. Həmin qanunda qadınların pensiya yaş həddinin 65 yaşa qaldırılması ilə bağlı təkliflərin əsassız olduğu, bu hadisəni ölkədə mövcud olan ağır sosial-iqtisadi böhranın və dövlətin artıq vətəndaşların sosial hüquqlarını müdafiə etmək qabiliyyətinin itirdiyinin əlaməti kimi qeyd edilib. İdarə Heyəti eyni zamanda güc strukturlarında və orduda çalışan insanların pensiya yaşının artırılmasını da ciddi tənqid edib və bu hadisənin həmin orqanlarda və orduda fiziki sağlamlıq problemi yaradacağını və ordunun döyüş qabiliyyətini aşağı salacağını bildirərək bu təkliflərin yolverilməz olduğunu bildirib.
İdarə Heyəti ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda hüquqi, siyasi, sferalarda antidemokratik halların daha da artması, insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulnması, vətəndaş cəmiyyəti institutlarının sıxışdırılıb aradan çıxarılması, polis zorakılığının artması, məhkəmə sisteminin müstəqilliyinin itiriliməsi, hakimiyyət bölgüsü prinsipinin gözlənilməməsi, siyasi plüralizmin təkpartiyalı, təkhakimiyyət prinsipi ilə əvəzlənməsi kimi faktların yer almasını diqqətə çatdırıb və Dövlət Departementin hazırladığı hesabatın Azərbaycan reallıqlarını obyektiv əks etdirdiyini qeyd edib. İdarə Heyəti hakimiyyəti hesabatda əksini tapan neqativlərin aradan qaldırılması, ölkənin hüquqi, siyasi sisteminin demokratik prinsiplər üzərində qurulması üçün təcili tədbirlər görməyə, beynəlxalq təşkilatlr qarşısında üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə səsləyib.
İdarə Heyəti İqtisadi əməkdaşlıq Təşkilatı ölkələrinin on üçüncü zirvə toplantısında bölgələrdə olan münaqişələrin təşkilata daxil olan ölkələrin təhlükəsizliyinə, iqtisadi inkişafına, demokratik gəlişmələrə əngəl olması ilə bağlı hazırlanan bəyanata Qırğızıstan prezidentinin imza atmamasını, ermənipərəst mövqe sərgiləməsini qətiyyətlə pisləyib, eyni zamanda Azərbaycan hakimiyyətini MDB məkanına daxil olan qardaş türk respublikaları ilə daha etibarlı ictimai-siyasi əlaqələrin yaradılması, mədəni, iqtisadi, siyasi əməkdaşlığın yeni formada qurulması istiqamətində ciddi səylər göstərməyə, ölkələrimiz arasında tarixi ənənələr söykənən siyasət yürütməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Azərbaycanda türk milli kimliyini aşağılayan, adımızı, soyumuzu, mədəniyyətmizi, tarixi şəxsiyyətlərimizi kölgələyən, inkarçılıq mövqeyində duran bəyanatların, mətbuata açıqlamaların intensiv xarakter almasından, həm də belə antitürk fikirlərin sadə insanlar tərəfindən deyil, “beşinci kalon”x9d xidmətçiləri olan üzdəniraq siyasilər, ədəbiyyatçılar, tarixçilər tərəfindən dilə gətirilməsindən ciddi narahat olduğun bildirib və milli birliymizi, türk xalqları ilə tarixi, mədəni əlaqələrimizi pozmağa, milləti yaddaşsızlığa, özünüdərkdən uzaqlaşdırmağa, assimilyasiyaya məruz qoymağa xidmət edən bu cür manqurt düşüncələrə son qoymağın vaxtı çatdığını diqqətə çatdırıb. İdarə Heyəti multikulturalzmin geniş yer aldığı, hər bir xalqın adət ənənəsinə, inancına, milli kimliyinə, etiqadına, mədəniyyətinə
hörmətlə yanaşıldığı bir şəraitdə etnik çoxluq olan türk milli kimiliyinə qarşı yönələn fikirlərin ölkəmiz, vətənimiz üçün yol verilməz bir hal olduğunu bildirib və xalqımızı öz soyu, milli varlığı ilə bağlı məsələlərdə həssas olmağa, şərəfli türk adını yad təfəkkürlü ünsürlərin məkrli hücumlarından qorumağa çağırıb.







































































































