
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 23.12.2023
Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı – FOTO
Hazırda oxunan: Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı – FOTO
170356
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb.
Maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilən A. Qədimov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































